Lənkəranda zavodun ərazisində meyit TAPILDI

Hazırda oxunan: Lənkəranda zavodun ərazisində meyit TAPILDI

128185

Lənkəranda zavodun gözətçisinin meyiti tapılıb.

Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Lənkəran rayonu Kosalar kənd sakini, 1993-cü il təvəllüdlü Etimad Fəraqət oğlu Möhsümzadə işlədiyi asfalt zavodunun ərazisində ölüb.

Onun meyiti səhər iş yerinə gələnlər tərəfindən tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

İlkin müayinə və meyitə baxış zamanı hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Müayinələrdən sonra ölümün əsl səbəbi məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin