Qərbi azərbaycanlı ailənin DRAMI – Erməni zülmündən qaçıb İrana sığındılar, orada isə... – FOTO 

Hazırda oxunan: Qərbi azərbaycanlı ailənin DRAMI – Erməni zülmündən qaçıb İrana sığındılar, orada isə... – FOTO 

128181

Terror dövləti olan Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində on minlərlə Qərbi azərbaycanlı doğma yurdundan zorla qovulub. Bu zaman yüzlərlə soydaşımız, işgəncələrə, sürgünlərə məruz qalıb. Amansız işgəncələr nəticəsində onlarla azərbaycanlı həyatını itirib. Şəkidə məskunlaşan Hüseynovlar ailəsi də repressiya qurbanlarındandır. 

Bizim.Media-ya müsahibəsində 84 yaşlı İslam Hüseynov bildirib ki, ailəsi Qərbi Azərbaycanda tanınmış ailələrdən olub.

Dərələyəz və Göyçə mahallarında məskunlaşan bu nəslin nümayəndələri erməni millətçilərinin şovinist siyasəti nəticəsində XIX və XX əsrlərdə mərhələ-mərhələ dörd dəfə deportasiya və soyqırıma məruz qalıblar:

“Bizə həddindən artıq əzablı, işgəncəli həyat yaşadıblar. Biz öz yurdumuzdan könüllü çıxmamışıq. Məcbur çıxarılmışıq. Babalarımızı ermənilər evlərə doldurub yandırıblar. İnsanları zorla vaqonlara yığıb qapıları bağlayırdılar. 3 gün insanlar qapısı bağlı vaqonlarda ac-susuz havasız qalıb. Bizi zülmlə Qazaxıstana və Azərbaycana qovurdular”. 

İslam Hüseynov bildirib ki, ailəsi 1905-ci ildən bu yana dörd dəfə qaçqın həyatı yaşayıb. Əvvəlcə Qırğızıstana, sonra Salyana, sonra isə Saatlı rayonuna  köçürülüblər. İllər sonra isə yenidən Qərbi Azərbaycana qayıdıblar:

“Bizi gətirib tökdülər Salyanın Oxudlu kəndinə. Burada İrandan qaçıb gələn tatlar yaşayırdı. Evlərini verdilər bizə, köməklik elədilər, yır-yığış elədik. Anam çətinliklərə dözmədi, rəhmətə getdi. Mənim 8-9 yaşım vardı. Ordan da təzədən qayıdıb gəldik Qərbi Azərbaycana. Ermənilər dəfələrlə çalışdılar ki, məni və qardaşımı günahsız yerə həbs etsinlər. Döyülmüşük də, söyülmüşük də... Bu çətinliklərə baxmayaraq qalıb, evimizdə yaşamaq istəmişik. Erməni cəlladları bizə göz açmağa imkan vermirdilər”.

Qərbi Azərbaycanın Dərələyəz mahalından zorla qovulan Əli Hüseynovun da ailə dramını olduqca kədərlidir:

“Qərbi Azərbaycanda yaşayan digər soydaşlarımız kimi bizim nəsil də 1905, 1917, 1918, 1949 və 1988-ci illərdə soyqırımlara və deportasiyalara məruz qalıb. Tarixdə heç bir xalq bizim qədər soyqırımlara məruz qalmayıb. Babalarım danışırdı ki, bizim nəslidən bir neçə nəfəri ermənilər öldürəndən sonra İrana qaçıblar. Düşünüblər ki, İran müsəlman ölkəsidi. Orda erməni zülmündən uzaq olarlar. Ora gedəndə də farslar ailəmizin bütün paltarlarını, heyvanlarını, varidatlarını əllərindən alıblar. Ailəmizə qul, kölə münasibəti göstəriblər. Etiraz edənləri isə güllələyib, qılıncdan keçiriblər”.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin