Kimlərə oruc tutmaq QADAĞANDIR?

Hazırda oxunan: Kimlərə oruc tutmaq QADAĞANDIR?

128090

Ramazan ayında tutulan oruc mütləq və vacib sayılır. Yəni, hər bir müsəlmanın əgər işi, sağlamlığı ilə bağlı qayğıları yoxdursa, oruc tutması mütləqdir. İşi və sağlamlığı ilə bağlı problemi olan şəxsə rüsxət verilir ki, həmin ayda oruc tutmasın. 

Bəs, oruc tuta bilməyən müsəlmanlar nə etməlidirlər?

Mövzu ilə bağlı ilahiyyatçı-alim Abbas Qurbanov Bizim.Media ilə fikrlərini bölüşüb. 

Onun sözlərinə görə, İslam dinində insanın oruc tutması üçün ilk öncə həddi buluğ yaşına çatması, ağıllı olması və ən əsasda müsəlman olması vacibdir: 

“Bu üç xüsusiyyətə sahib olan insanlar oruc tuta bilər. Bunun xaricində müəyyən hallar var ki, o hallarda insanlar oruc tutmaqdan azaddırlar. Həddi buluğ yaşına çatmamış uşaqların, yəni oğlanların 13 və 14 yaş və qızların isə 12 yaşına qədər oruc tutmaları vacib deyil. 

Lakin əgər tutmaq istəyirlərsə, müəyyən vaxt aralığında öyrənmələri və mənəviyyatlarının yüksəlməsi üçün uşaqlar da yarım gün və ya tuta bildikləri qədər oruc tuta bilərlər. Yaşlılar oruc tutmaya bilərlər. Müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslərin də oruc tutmamasına icazə verilir.
Şəkər və təzyiq xəstəliyindən əziyyət çəkənlər, eləcə də oruc tutacağı təqdirdə səhhətində daha ağır problemlər yarana biləcək şəxslər oruc tutmaya bilərlər.

Balaca uşağı olan analar oruc tutmaya bilərlər. Səfərdə olan insanlar oruc tutmaya bilərlər. Normalda islam dini səfərdə olan insanların oruc tutmasına icazə vermir, amma elə insanlar var ki, səfərdə olarkən də, oruc tutmağa davam edirlər.

Əgər insan özünü normal hiss edirsə, səfər zamanı da oruc tutmağa davam edə bilər. Oruc tuta bilməyən insanlar isə Ramazan ayında fitrə verə və ya günə-gün orucun qəzasını tuta bilərlər. Fitrə isə fərqli formalarda ola bilər.

Məsələn, şəxs bir gündə qidaya xərclədiyi vəsait qədər məbləği imkanı olmayan insanlara paylaya bilər. Yaxud da, 30 ehtiyacı olan şəxs üçün iftar süfrəsi açmaqla, tuta bilmədiyi orucun əvəzini çıxmaq mümkündür”.

Ziya Yaqubzadə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin