Azərbaycanın ən böyük kino portalının bir yaşı tamam oldu

Hazırda oxunan: Azərbaycanın ən böyük kino portalının bir yaşı tamam oldu

128090
Bu gün Azərbaycanın ən böyük kino portal olan azerikino.com saytının bir yaşı tamam oldu. Kino bilicisi Vüsal Ağayev tərəfindən yaradılan portala bir il ərzində  10500-dən çox video yüklənib. Sayta ümumi baxış sayı 1 milyon 470 mindən çoxdur. 

Portalın yaradıcısı Vüsal Ağayev Moderator.az saytına açıqlamasında yeni və original layihələrin olacağını da bildirib:

“Saytda Azərbaycan kinosuna aid tammetrajlı bədii filmlər, bədii seriallar, televiziya tamaşaları, qısametrajlı filmlər, cizgi filmləri, sənədli filmlər, "Mozalan" kinojurnalı, Sənədli kinojurnal, həmçinin başqa xüsusi bölmələr var. Xarici filmlər (Azərbaycan dilində dublyajlı), sovet dövründə dublyaj olunmuş xarici filmlər, Azərbaycan kino musiqisi, dünya kino musiqisi, kino çarxları və s. da təqdim olunur.
Bu növlərin hər birində heç yerdə olmayan filmlərə rast gəlmək mümkündür. Sənədli filmlərin hələ yarısından çoxu saytda yer almayıb, həmçinin sənədli kinojurnal və teatr tamaşaları layihəsi ilə sayt işinə davam edəcək”x9d.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin