Əgər 2000-ci ildə ilk dəfə narkomaniya diaqnozu qoyularaq qeydiyyata alınan xəstlərin sayı 1483 nəfər olubsa, 2021-ci ildə bu rəqəm 5603-ə yüksəlib.
Eyni zamanda, bir neçə narkotik maddənin qəbul edilməsi və digər psixoaktiv maddələrdən istifadə nəticəsində psixi və davranış pozuntuları diaqnozu ilə 2000-ci illərdə qeydiyyata alınanlar yox idisə, 2020-ci ildə bu diaqnoz qoyulan xəstələrin sayı 568-ə, 2021-ci ildə isə 2418 nəfər olub.
Əhalinin hər 100 000 min nəfərinə düşən narkomanların sayı 2000-ci ildə 18,6, 2021-ci ildə isə 55,9 nəfər təşkil edib.
Hazırda tibb müəssisələrində narkomaniya xəstəliyinə görə qeydiyyatda olanların sayı 34,602-dir. 2000-ci ildə bu rəqəm 14,010 min olub.
Eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi və digər psixoaktiv maddələrdən istifadə nəticəsində psixi və davranış pozuntuları diaqnozu ilə 3107 nəfər qeydiyyatdadır.
Ümumilikdə əhalinin hər 100 min nəfərinə düşən qeydiyyatda olan narkomaniya xəstələrinin sayı 344,8 nəfər təşkil edir.
Psixiatr-narkoloq Asif Kəngərli Bizim.Media-ya bildirib ki, narkomaniya daha çox gənclər arasında geniş yayılıb. Onun sözlərinə görə, insan narkotik istifadəsinə nə qədər erkən yaşda başlayarsa, xəstəliyi daha ağır olur və belə xəstələrin müalicəsi də ağır olur və çətinlik törədir.
Həkim onu da bildirib ki, son illərdə qadın xəstələrin sayı da nisbətən artıb. Onun sözlərinə görə, qadın xəstələrin müalicəsi kişilərlə müqayisədə daha çətin olur:
“Bütün xroniki xəstəliklər kimi narkomaniyanın da müalicəsnə illər tələb olunur. Eynilə vərəm, onkoloji və s.”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 31.03.2023
“Narkoman qadınları müalicə etmək daha çətindir” – Narkoloq
Hazırda oxunan: “Narkoman qadınları müalicə etmək daha çətindir” – Narkoloq
Hazırda oxunan: “Narkoman qadınları müalicə etmək daha çətindir” – Narkoloq
128089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.