Sovet heykəltaraşlıq abidələri xalqa qaytarılmalıdır - Nazirə müraciət

Hazırda oxunan: Sovet heykəltaraşlıq abidələri xalqa qaytarılmalıdır - Nazirə müraciət

128080
Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Monumental heykəltaraşlıq abidələri də tarix və mədəniyyət abidələrinə aiddir. Mühüm ictimai hadisələrin və görkəmli şəxsiyyətlərin şərəfinə ucaldılmış belə abidələr, həm də xalqın milli sərvətidir. Ancaq Azərbaycanın zəngin sovet heykəltəraşlığı xəzinəsini əks etdirən monumental abidələrə, heykəllərə, dekorativ kompozisiyalara, portret və s. əsərlərə laqeyd münasibət çox təəssüf və təəccüb doğurur. Halbuki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Bütün bunlarla əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Ədalət Abdinov respublika mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlamışdır. Müraciətdə qeyd olunur ki, keçən əsrin 20-ci illərində Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakıda K.Marks (1920, heykəltəraş İ.Quliyev), 26 Bakı komissarı (heykəltəraşlar Y.Tripolskaya, P.Sabsay, V.Sinayski) və başqalarına abidə qoyuldu. “26 Bakı komissarının güllələnməsi”x9d qorelyefi (1924-46, heykəltəraş S.D.Merkurov), S.M.Kirov (1939, heykəltəraş P.Sabsay), V.İ.Lenin (1953, heykəltəraş C.Qaryağdı), N.Nərimanov (1972, heykəltəraş C.Qaryağdı), M.Əzizbəyov (1976, heykəltəraş Tokay Məmmədov), A.Çaparidze (1979, heykəltəraş Ömər Eldarov) və başqalarının Bakıda qoyulmuş abidələri, eləcə də 26 Bakı komissarı xatirə ansambılı (1968, memarlar H.Ələsgərov, Ə.Hüseynov, heykəltəraşlar İ.Zeynalov, N.Məmmədov) və XI Qızıl Ordunun şərəfinə ucaldılmış abidə (1980, heykəltəraş T.Məmmədov) tarixi əhəmiyyəti, ölçüsünün böyüklüyü, hazırlandığı materialın möhkəmliyi və davamlılığı ilə fərqlənirdi.

Ədalət Abdinov təəssüf hissi ilə qeyd etmişdir ki, bu qiymətli heykəltəraşlıq nümunələri heç bir dövlət aktı olmadan naməlum yerlərə köçürülmüş və ya ləğv edilmiş, lakun bu barədə respublika ictimaiyyətinə

məlumat verilməmişdir. Bu abidələrin başqa yerə köçürülməsi zamanı onların həcm kompozisiyasına, xarici görünüşünə, konstruktiv elementlərinə ciddi zərər vurulması istisna deyil. Hazırda həmin abidələrin təhlükəsizliyinin, onların funksional təyinatının, memarlıq ”“ estetik görünüşünün və uzun ömürlülüyünün təminatı və bu istiqamətində hər hansı bir işin görülüb ”“ görülməməsi ilə bağlı respublika ictimaiyyətinə məlumat verilməməsi ciddi narahatlıq və təşviş döğurur.

Ədalət Abdinov məktubunda vurğulayır ki, çox mühüm ictimai-siyasi, tarixi, mədəni-əxlaqi dəyərləri, milli və bəşəri ideyaları təbliğ edən həmin sovet monumental heykəltəraşlıq əsərləri yerindən götürülüb xalqın üzünə qapadılsa da, onlara məhəbbət və rəğbəti ürəklərdən silə bilməmişlər. Dövlət qurumu kimi mədəniyyət və turizm nazirliyi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bu abidələrin qorunub, mühafizə edilməsinə bilavasitə cavabdehlik daşıyır. Ona görə də mədəniyyət nazirliyi bu abidələrin qorunmasına təminat verməli, onların xalqın üzünə açıq olması üçün şərait yaratmalı, yardım göstərməli, onlar üçün vahid mühafizə zonası yaratmaqla istifadə üçün xalqa qaytarılmalıdır.

Ədalət Abdinov həmin abidələrin xalqın həyatındakı mühüm hadisələrlə bağlı unudulmaz maddi-tarixi dəyərlər olduğunu bir daha nəzərə çatdırmışdır. Tarixi isə yaddaşlardan silmək mümkün deyildir. Məhz buna görə də mədəniyyət və turizm nazirliyi tarixi və mədəniyyət abidələrinin qorunub mühafizə edilməsi ilə bağlı qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirməli, xalqın maraq dairəsində olan bu monumental heykəltəraşlıq əsərləri siyahıya və dövlət qeydiyyatına alınmalı, pasportlaşdırılmalı, siyahının təsdiqi və xəritələrinin hazırlanması öz həllini tapmalı və bu barədə respublika ictimayyətinə məlumat verilməsi təmin etməlidir. Bununla da abidələrin qorunması haqqında Azərbaycan Respublikası Konstitusiyasının, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etmiş olardı.

Bunlara əməl edilmədiyi təqdirdə isə Ədalət Abdinov nazirdən səlahiyyətləri daxilində həmin abidələrin Azərbaycan Kommunist Partiyasının mülkiyyətinə verilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlər görməyi xahiş etmişdir. Müraciətdə Azərbaycan Kommunist Partiyası

ölkəmizdə mövcud olmuş sovet monumental heykəltaraşlıq abidələrin bərpa edilməsi, qorunub mühafizə edilməsi işini öz üzərinə götürməyə hazır olduğunu bildirilmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin