XİN nazirlərin görüşü ilə bağlı məlumat yaydı - Yenilənib - FOTO

Hazırda oxunan: XİN nazirlərin görüşü ilə bağlı məlumat yaydı - Yenilənib - FOTO

12806

23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya verilən məlumata görə, hər iki tərəfdən geniş nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.

 

44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar və yeni əməkdaşlıq imkanları, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə edilib.


Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və quruculuq prosesində qardaş Türkiyənin iştirak etməyə hazır olduğu bir daha vurğulanıb.

Bölgədə sülhün dayanıqlı olması üçün bu ilin 30 yanvar tarixində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi vurğulanıb.

İki qardaş ölkə arasında mövcud olan intensiv dialoqun bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyi qeyd olunub.

Bu ilin 19 fevral tarixində Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası nəticəsində bütün sahələri əhatə edən 53 yeni fəaliyyət bəndinin qəbul edilməsinin ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisi olduğu vurğulanıb.

 

Nazirlər iki ölkə arasında şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız səfəri ilə bağlı imzalanan sənədin qüvvəyə minməsi ilə bağlı dövlətdaxili proseduraların yekunlaşdığını və qarşılıqlı nota mübadiləsindən sonra yaxın zamanlarda sənədin qüvvəyə minəcəyini məmnunluqla qeyd ediblər.


Tərəflər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Ceyhun Bayramovla görüşdü


Bildirilib ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Xaric İşlər naziri Mövlud Çavuşoğlu arasında geniş tərkibli görüş olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin