Ermənilər neçə milyon azərbaycanlıya qarşı soyqırımı aktı törədiblər? – Dəhşətli FAKTLAR - VİDEO

Hazırda oxunan: Ermənilər neçə milyon azərbaycanlıya qarşı soyqırımı aktı törədiblər? – Dəhşətli FAKTLAR - VİDEO

128049

XlX və XX əsrlərdə Azərbaycan torpaqlarına köçürülən ermənilər öz xislətlərini əvvəlcə 1905-06-cı illər hadisələrində, daha sonra isə 1918-20-ci illərdə çox aydın büruzə verdi. 
Həmin illərdə erməni quldurları, onları torpaqlarımıza köçürənlərin göstərişi və köməyi ilə xalqımıza qarşı divan tutmağa başladılar.

Bizim.Media-ya müsahibəsində AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov ermənilərin xalqımıza qarşı törətdiyi qırğınlarla bağlı bir çox faktları açıqlayıb. 

XX əsrdə dünyada ən dəhşətli divan tutulan, soyqırıma məruz qalan xalqın Azərbaycan xalqı olduğunu deyən Cəbi Bəhramov rəqəmləri açıqlayıb: 

“Apardığımız ümumi hesablamalar onu göstərir ki, Şimali Azərbaycan ərazisində öldürülən yerli əhalinin sayı 986 min nəfərdən çoxdur. Şərqi Anadolunu da götürəndə məhv edilənlərin sayı hələ o zaman 2 milyona çatır. Şərqi Anadoluda yaşayanların tam əksəriyyəti Azərbaycan türkləri idi. Həmin ərazilərdə nə qədər desəniz, kütləvi məzarlıqlar var.

Qırğınların törədildiyi ərazilərə Cənubi Azərbaycan da daxildir. Bir çox tədqiqatçılar Cənubi Azərbaycanda  ən azı 200 min nəfərin qətlə yetirildiyini bildirirlər”. 

Müsahibimiz deyir ki, bu qırğınlar 1918-ci ilin fevral ayından başlayaraq avqust ayına qədər davam edib. Və quldur sürüsünü maliyyələşdirən konkret mənbələr vardı.

Belə ki, o zaman Bakı quberniyasında məhv edilənlərin sayı 41 min nəfərə çatıb:

“Təkcə sovet hökumətinin həmin bu quldur dəstəsinə göstərdiyi yardım 82,3 milyon rubl qızıl puldur. Belə ki, 1917-ci il dekabrın 16-da 500 min rubl, 1918-ci il fevraln 13-də 31,8 milyon rubl, iyulun 5-də isə 50 milyon rubl ayırıblar. Bunlar hamısı Leninin imzası ilə ayrılan pullardır”.
Tarixçi alimin digər qandonduran faktlarla bağlı danışdıqları ilə hazırladığımız videomaterialda tanış ola bilərsiniz:
 

Aygün İbrahimli, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin