Xaricdə təhsil üçün Dövlət Proqramına sənəd qəbulu BAŞLADI

Hazırda oxunan: Xaricdə təhsil üçün Dövlət Proqramına sənəd qəbulu BAŞLADI

128040

Martın 30-dan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbuluna start verilir. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib. 

Sənəd qəbulu üçün son tarix 1 iyun 2023-cü il saat 23:59 müəyyən edilib. 

Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ili üçün prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı aidiyyəti qurumlarla razılaşdırılmaqla Elm və Təhsil Nazirliyi tərəfindən yenilənib.

Yeni siyahı aşağıdakı 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 194 ali təhsil müəssisəsində ümumilikdə 4156 təhsil proqramını (595-i bakalavriat, 3561-i magistratura olmaqla) əhatə edir: 

1. informasiya texnologiyaları; 

2. mühəndislik; 

3. statistika və verilənlərin təhlili; 

4. fundamental və tətbiqi elmlər; 

5. ictimai səhiyyə; 

6. təhsil; 

7. ətraf mühit; 

8. aviasiya və kosmos; 

9. dövlət idarəetməsi; 

10. nəqliyyat və logistika; 

11. energetika; 

12. iqtisadiyyat; 

13. maliyyə; 

14. arxitektura və dizayn; 

15. kənd təsərrüfatı. 

Sözügedən siyahıda prioritet ixtisas istiqamətlərindən biri üzrə müvafiq ildə universitetlərin beynəlxalq reytinq sistemlərində ilk onluğa (ixtisas reytinqi nəzərə alınmır) daxil olmuş ali təhsil müəssisələri tərəfindən təqdim edilən bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər. 
Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramları üzrə qəbul sənədləri əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququ əldə edə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin