Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlandı

Hazırda oxunan: Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlandı

128018

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub. 

Bizim.Media xəbər verir ki, Komissiyanın növbəti toplantısı aprelin 5-də baş tutacaq. 

Qeyd edək ki, indiyədək iclaslarda əfvlə bağlı 1 300-ə yaxın məsələləyə baxılıb. 

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin