İcra başçısı yazıçını təbrik etdi: “Axır ki, boynunuza aldınız”x9d

Hazırda oxunan: İcra başçısı yazıçını təbrik etdi: “Axır ki, boynunuza aldınız”x9d

128005
Şabran Rayonu İcra Hakimiyyətinin başçısı Novruz Novruzov iki gündən sonra 70 yaşı tamam olacaq yazıçı Seyran Səxavəti təbrik edib.

Moderator.az həmin təbrik teleqramını təqdim edir:

“Sevimli Seyran Səxavət!

Axır ki, siz də 70-i boynunuza aldınız. Ancaq sözünüzlə, təfəkkürünüzlə, yazılarınızla siz həmişə müdriklik yaşında görünmüsünüz. Ən azı sizi dırin məhəbbətlə sevən mənim kimi minlərlə oxucunuz üçün.

Sevimli Seyran müəllim! Siz kimin üçün etibarlı dost, kimin üçün böyük yazıçı, bir başqası üçün ozandilli müdrik “qoca”x9d, bir başqası üçün isə “qabağından yeməyən”x9d xa0öskünlük nümunəsisiniz. Mənim üçün isə elə Seyran Səxavətsiniz. Yuxarıda sadaladığım bütün xa0keyfiyyələriniz ilə birlikdə...
70 yaşınızı təbrik edirəm!xa0

Uca Tanrıdan doxsanda, yüzdə də elə bu çılğınlıqda, əhval ruhiyyədə yazıb-yaratmanızı arzu edirəm.
Novruz Nəcəf oğlu Novruzov (Şabran Rayonu İcra Hakimiyyətinin başçısı)

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin