Millət vəkili Fazil Mustafa martın 23-də 70 yaşı tamam olacaq tanınmış yazıçı Seyran Səxavəti 70 illik yubileyi münasibətilə təbrik edib.xa0
Moderator.az xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan ədəbiyyatında dəyər verdiyim, əsərlərini zövqlə oxuduğum yazarlar içində Seyran Səxavətin özəl yeri var. Yazıçı vicdanını hər zaman üstqurum olaraq qoruya bilən, mütərəqqi görüşləri ilə tanınan Seyran müəllimin 70 illik yubileyini təbrik edirəm, ədəbiyyatımıza, ictimai mühitimizə bundan sonra da yüksək səviyyəli əsərləri ilə xidmətinin davamını arzulayıram. Bu cür faydalı aydınlarımızı Allah qorusun!"





























































































