Bəzi sahibkarlara qanunsuz sertifikatlar VERİLİB - Dövlət Xidməti

Hazırda oxunan: Bəzi sahibkarlara qanunsuz sertifikatlar VERİLİB - Dövlət Xidməti

127985

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumların uyğunluq sertifikatlarını qanunsuz verməsi halları aşkar olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib. 

Belə ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən “Azunisert” MMC-in müxtəlif təsərrüfat subyektlərinə verdiyi 26 sayda, “Aqrosert” MMC-nin verdiyi 4 sayda, “Az-Quality Cert” MMC-nin verdiyi 10 sayda və “Certus” MMC-nin verdiyi 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən kənaraçıxma halları, yəni akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilmədiyi müəyyən edilib. 
Həmin sertifikatların ləğvi ilə bağlı şirkətlərə yazılı göstərişlər verilsə də, Dövlət Xidmətinin göstərişləri yerinə yetirilməyib.

Müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl etməyən şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokollar tərtib edilib və baxılması üçün məhkəmə orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin