Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Bizim.Media xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.
MÖVZU İLƏ BAĞLI:
109-cu gün: Avtomobillər aksiya ərazisindən sərbəst hərəkət edir
Bir qədər əvvəl RSK-ya məxsus gələn minik avtomobili Laçın istiqamətinə hərəkət edib.
Bizim.Media