Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar martın 23-də 70 yaşı tamam olacaq tanınmış yazıçı Seyran Səxavəti 70 illik yubileyi münasibətilə təbrik edib.xa0
Moderator.az həmin təbrik mətnini təqdim edir:
“Seyran Səxavət ilk gənclik illərindən-istər yaradıcılığı, istərsə də ictimai işlərdə fəallığı ilə diqqəti cəlb edib.60-cı illərdən sənət mühitində yaranan canlanma sonrakı illərdə də gənc şair və yazarların ədəbiyyata gəlişinə səbəb oldu. Seyran Səxavəti 70-ci illərdən ilk olaraq lirik, romanik şeirləri ilə tanıdıq.Mühitin də, geniş oxxucu kütləsinin də marağını məhz şeirləri ilə cəlb etdi. Amma qısa müddətdən sonra nəsrə keçdi və ciddi hekayələr, povestlər yazdı. Bu əsərlərin mənə görə maraqlı, cəlbedici tərəfi canlı, axıcı dili və ən əsası Qarabağ koloriti idi. Məzh bu millilik, canlı xalq danışıq dilinə yaxınlıq Seyranı öz oxucusu ilə doğmalaşdırdı, yaxınlaşdırdı. Bu yaxınlarda “Azərbaycan”x9d jurnalında ardıcıl çap olunan “Qaçhaqaç”x9d romanını oxuyanda o illərdəki ruhunu, koloritini saxladığını gördüm. “Qaçhaqaç”x9d romanında sovet dövrü ədəbi mühitinin, o zamankı hadisələrin təsviri mənim üçün xüsusən maraqlı oldu, nostalji hislər oyatdı. Seyran Səxavətin özünəməxsus yumorunu da qeyd etmək istərdim. Qarabağın duzlu-məzəli ləhcəsində yazması bu əsərin məziyyətlərindəndir.
Seyanın “Nekroloq”x9d romanı da oxucuların marağına səbəb olmuşdu və 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı”x9d mükafatına layiq görülmüşdü. Son vaxtlarda Seyranın “Seçilməmiş əsərlər”x9d adlandırdığı ikicildiyini vərəqləyəndə onun nəsrlə ardıcıl, sistemli məşğul olduğunun, həm də öz üslubuna, yoluna, yazı tərzinə, sadiqliyinin bir daha şahidi oldum.
Bu il Seyranın 70 illik yubiley ilidir. 70 yazıçı üçün elə qorxulu rəqəm deyil. Seyranın ruhu, ilhamı, yaradıcılıq həvəsi ona hələ çox-çox yeni əsərlər yazdıracaq. Mən 70 yaş münasibətilə qələm dostumu təbrik edirəm, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları diləyirəm”x9d.
Hazırladı: Elmin Nuri
xa0




































































































