Azərbaycan və Rusiya arasında - İlk çarter reysi açılır

Hazırda oxunan: Azərbaycan və Rusiya arasında - İlk çarter reysi açılır

127913
Aprelin 29-dan Azərbaycan və Rusiya arasında Ulyanovsk-Bakı çarter aviareysi açılır.

Bunu Trend-ə Rusiyanın Ulyanovsk vilayətinin Turizm Sənaye Assosiasiyasının prezidenti Yuliya Uba deyib.

Onun sözlərinə görə, reys mövsümidir, lakin gələcəkdə tələbat olarsa, bu marşrut üzrə uçuşlar daimi əsasda həyata keçiriləcək: "İl ərzində AZAL ilə bu cür imkanı müzakirə etdik, çünki Azərbaycanda çox yaxşı dağ-xizək kurortları da var".

Xanım Y.Uba qeyd edib ki, Ulyanovsk-Bakı aviareysi Azərbaycan və Rusiya arasında ilk çarter reysidir: "Reyslərə biletlər turpaketlə birlikdə və ayrıca satılacaq. Biletləri turpaketdən ayrı almaq imkanı, ilk növbədə, Azərbaycanda qohumları olan Ulyanovsk və Rusiyanın yaxın şəhərlərinin sakinləri üçün təqdim edilib".

O, diqqətə çatdırıb ki, Azərbaycan Turizm Assosiasiyası və Rusiyanın Ulyanovsk vilayətinin Turizm Sənaye Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb: "Memorandum çərçivəsində azərbaycanlı həmkarlarımızın hazırladığı turpaketlər Rusiyanın turizm bazarında satılacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin