Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətinin rəisinin bulvarda çəkiliş qadağasına görə işdən azad olunmasına aydınlıq gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri Tahirə Qarabəyli jurnalistlərə açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Qərar yoxdursa, Bulvarda çəkiliş niyə QADAĞANDIR? – İdarə SUSUR, hüquqşünas isə “məhkəməyə müraciət edin” DEYİR
“Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətinin rəisi öz ərizəsi ilə işindən azad olunub”, - deyə T. Qarabəyli qeyd edib.
O bildirib ki, Əmək Məcəlləsinə uyğun olaraq işçi istənilən zaman öz ərizəsi ilə işindən ayrıla bilər:
“Burada da media subyektlərinin rolu danılmazdır”.
Bizim.Media