Xəzər dənizindəki gəmilərə xəbərdarlıq EDİLDİ - SƏBƏB

Hazırda oxunan: Xəzər dənizindəki gəmilərə xəbərdarlıq EDİLDİ - SƏBƏB

127883

Mart ayının 30-u gündüz saatlarından aprel ayının 1-i günün 2-ci yarısına qədər Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 ms,arabir 25-28 ms,acıq dənizdə arabir 30-35 m/s qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 5.5-7.5 metr olacagı gözlənilir. Bununla əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib. 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Bizim.Media-ya verilən məlumata görə, ASCO gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib. 

Xəbərdarlıqda bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. 

Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. 

Bundan başqa, külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin