Fazil Mustafa həkim nəzarətindədir - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Fazil Mustafa həkim nəzarətindədir - RƏSMİ AÇIQLAMA

127824

Hazırda Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafa hansı hospitala köçürülüb? – TƏBİB-dən AÇIQLAMA


Məlumatda qeyd olunur ki, ötən gün yaşadığı evin qarşısında güllə yarası alan deputat Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb.

Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin