Dərmanların ölkəyə gətirilməsi SADƏLƏŞDİRİLƏCƏK

Hazırda oxunan: Dərmanların ölkəyə gətirilməsi SADƏLƏŞDİRİLƏCƏK

127810

"Hökumət yeni sənəd hazırlayır, dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək". 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib 

O bildirib ki, ölkədə müşahidə olunan dərman qıtlığı ilə bağlı məsələnin həlli vacibdir:

“Müvafiq qurumlarla danışıqlar aparılan zaman Nazirlər Kabinetində dərman vasitələri haqqında yeni sənədin hazırlandığı bildirilir. Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı həmin sənədin hazırlanmasında təcrübəli şəxslərin fikirlərinin öyrənilməsinə diqqət çəkmişdi. Sənəd hazırlanır və lazımi mərhələdə komitə üzvləri də dəvət olunacaq. Hesab edirəm ki, bu işlər dərmanların Azərbaycana gətirilməsini sadələşdirəcək və bundan sonra qiymətlərin də aşağı düşməsi mümkün ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin