Azərbaycanda "ağıllı" şəhər və kəndlərin yaradılması üzrə rəqəmsal xəritə hazırlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə deyib.
A.Əzimov Azərbaycanda "ağıllı" şəhər və kəndlər konsepsiyasının "ağıllı" infrastruktur və xidmətlərin, sosial məşğulluğun, "ağıllı" menecment və digər vasitələrin işlənməsini əhatə etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti Qarabağda bu konsepsiyanın reallaşdırılmasına başlayıb və bu gün dünyanın aparıcı ölkələri, o cümlədən Avropa İttifaqı bizim təcrübəmizi tətbiq etməkdə maraqlıdır.
"Bu gün Azərbaycanın bu və ya digər bölgəsində "ağıllı" şəhər və kəndlərin yaradılması üzrə vasitələrin qiymətləndirilməsi və işlənməsi istiqamətində işlər görülməkdədir. Biz həmçinin investisiya planlarını və imkanlarını qiymətləndiririk. Adıçəkilən və digər işlər həyata keçirildikdən sonra müvafiq rəqəmsal xəritə hazırlanacaq", - o deyib.
A.Əzimov "ağıllı" şəhər və kəndlər layihələrinin icrasının Azərbaycanın investisiya mühitini yaxşılaşdırmağa və ölkənin texniki imkanları genişləndirməyə imkan verəcəyini əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 29.03.2023
"Ağıllı" şəhər və kəndlərin yaradılması üzrə rəqəmsal xəritə HAZIRLANACAQ
Hazırda oxunan: "Ağıllı" şəhər və kəndlərin yaradılması üzrə rəqəmsal xəritə HAZIRLANACAQ
Hazırda oxunan: "Ağıllı" şəhər və kəndlərin yaradılması üzrə rəqəmsal xəritə HAZIRLANACAQ
127792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.