Evinin qarşısında güllələnən Fazil Mustafanın SON DURUMU NECƏDİR?

Hazırda oxunan: Evinin qarşısında güllələnən Fazil Mustafanın SON DURUMU NECƏDİR?

127745

“Deputat Fazil Mustafanın vəziyyəti yaxşıdır, ağrıları yoxdur”.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a onun ailə yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, deputat palataya köçürülüb:

“Özü ilə səhər danışmışıq. Vəziyyəti yaxşıdır. Güclü ağrılarının olmadığını dedi. Axşam yanında ailəsi qalıb. Yanına ziyarətçi buraxılmır. Həkimlər də vəziyyətinin yaxşı olduğunu deyirlər. Böyük ehtimalla bir neçə gün həkim nəzarətində müalicəsini davam etdirəcək”.

Qeyd edək ki, ötən gecə axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında sui-qəsd olunub. O, çiynindən və ayağından güllə yarası alıb və təcili xəstəxanaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin