TƏBİB-dən Fazil Mustafanın son vəziyyəti ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: TƏBİB-dən Fazil Mustafanın son vəziyyəti ilə bağlı AÇIQLAMA 

127712

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Deputat Fazil Mustafa güllələnib 


"TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib. 

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur", - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin