Ramazanın 8-ci GÜNÜNÜN DUASI: "Yetimlərə mehriban olaq, ehtiyaclarını ödəyək"

Hazırda oxunan: Ramazanın 8-ci GÜNÜNÜN DUASI: "Yetimlərə mehriban olaq, ehtiyaclarını ödəyək"

127706

11 ayın sultanı Ramazan həm də mərhəmət ayıdır. Bu ayda təkcə oruc tutmaq yox, 11 ayda qazandıqlarımızın bir qismini imkansızlarla, qayğıya ehtiyacı olanlarla bölüşmək lazımdır. Bu ayda iftar süfrələrinin açılmasının buyrulması təsadüfi deyil. Çünki, bu süfrədə yeyilən hər tikənin min bir savabı var. Ona görə də səxavətli olaq. Ətrafdakılarımızla mehriban davranıb onları incitmədən ehtiyacların ödəyək, qarınları doyduraq ki, əməlimiz Allah qatında da xoş gəlsin.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:02-də, iftar isə saat 19:17-dədir.

Ramazan ayının 8-ci gününün duası:

"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".

Tərcüməsi:

"İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!"

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9.

Allah orucunuzu qəbul etsin!

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin