Məhəllələrin ortasında “Mall”lar TİKİLİR – Memar cavabdeh qurumları özbaşınalıqda GÜNAHLANDIRDI

Hazırda oxunan: Məhəllələrin ortasında “Mall”lar TİKİLİR – Memar cavabdeh qurumları özbaşınalıqda GÜNAHLANDIRDI

127665

Paytaxt Bakıda şəhərsalma normalarına riayət olunmur. Şəhərin küçə və prospektlərində əməlli-başlı pərakəndəlik hökm sürür. Hazırda tikinti sıxlığı müşayiət olunan Bakı bu sahə ilə əlaqədar heç bir norma və standartlara cavab vermir. Şəhərin boş qalan hər tini və bucağı isə yeni obyektlərlə doldurulur. 

Son illər isə sıxlıq ərazilərdə, yaşayış binalarının mərkəzində və məhəllələrdə “Mall”ların inşasına başlanılıb. Boş qalan ərazilərdə bir qayda olaraq 4-5 mərtəbəli “Mall”lar ucaldılır. Aidiyyəti qurumlar isə məsələni çözmək əvəzinə, nəzarətsizliklərini davam etdirməklə kifayətlənirlər. 
Nümunə üçün bildirək ki, Səbail rayonu, “Port Baku” ilə üzbəüz küçədə,  Suraxanı rayonu Hövsan qəsəbəsində, eləcə də Nizami rayonu Əhmədli qəsəbəsində 4-5 mərtəbəli “Mall” inşa edilir. Bəhs etdiyimiz “Mall”lar  məhəllələrin mərkəzində, sıxlıq şəraitdə aparıldığı üçün sakinlərin narazılığına səbəb olub. 

Tanınmış memar Faiq İsmayılov Bizim.Media-ya açıqlamasında  istənilən inşanın Bakının Baş Planına əsasən aparılmalı olduğunu vacib sayır:

“Qanunvericiliyə görə istər insan həyatı üçün vacib olan obyektlərin tikilməsi, istər kənd, şəhərin, istərsə də küçə və məhəllərin salınmasının hər biri şəhərin Baş planına uyğun inşa edilməlidir. Yəni, həmin ərazidə sonradan olunmuş əlavələr mümkünsüzdür. Əlavə tikinti və inşa aparanlar bu addımı ciblərinin xeyrinə atmış olurlar. Bu məsələni izah etmək olduqca çətindir.

Ən azı ona görə ki, Bakının Baş planı belə hazır deyil. 

Əlbəttə ki, sahibkarlara həmin tikintiləri aparmaq üçün icazə verən qurumlar var. Hansı ki, həmin qurumlar məsuliyyət daşıyırlar. Hər an baş verə biləcək təbii hadisələrin və ya neqativ halların aradan qaldırılması üstündə baş sındırılacaq. Bu gün qurumlar özbaşınalıq edib o sahibkarlara sahib çıxırlar və istəklərini həyata keçirirlər. 

İstənilən halda cavabdehliyi elə həmin qurumlar daşıyır. Şəhərin və kəndin Baş Planında yer almayan tikintinin aparılması cinayətə bərabər addımdır. Hər hansı küçə və park konkret layihə əsasında salınır.

Həmin layihəyə əsasən orada olan bütün qurğular hazırlanır və təhvil-təslim aktı imzalanır. Təhvil-təslim aktından 5 -10 il sonra nəyisə qazıb tikmək qanun pozuntusudur. Təssüf ki, bu, uyğunsuzluqların qarşısını almaq da mümkün olmur”.  


Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin