Rəqs etmək heç də hamının bacardığı özəllik deyil. Bəzi insanlar bunu yaxşı bacarır, bir çoxlarının isə rəqsi faciəvidir. Rəqs etməyi bacarmaq bir sıra xüsusiyyətlərdən asılıdır. Ancaq insanın hansı bürc altında doğulmasının da rəqs qabiliyyətinə önəmli təsiri var.
Bizim.Media ən yaxşı rəqs etməyi bacaran bürclərin siyahısını təqdim edir:
Balıqlar
Duyğusal balıqlar rəqs edərkən bütün hisslərini üzə çıxarırlar. O qədər ürəkdən rəqs edirlər ki, bütün izləyənlərin diqqəti onların üzərində olur. Əslində balıqların rəqslərini daha da gözəlləşdirən məqam məhz hisslərini ortaya qoymağı bacarmalarıdır.
Şir
Şirlər ən yaxın dost məclislərində belə rəqs edərkən özlərini böyük səhnədəki kimi hiss edirdilər. Çünki onlar daim diqqət mərkəzində olmağı istəyir, hər zaman ən yaxşı kimi görünməyi arzulayırlar. Buna görə də rəqsdə maksimum yaxşı performans sərgiləməyə çalışırlar.
Qızlar
Qızlar mükəmməliyyətçidirlər. Buna görə də ən xırda detallara da önəm verirlər. Bu maksimalistlikləri rəqs edərkən də özünü hiss etdirir. Onlar xoreoqrafiyanın bütün incəliklərini nəzərə alır və hərəkətlərini musiqiyə uyğunlaşdırmağa çalışırlar. Qızlar məhz bu səbəbdən yaxşı rəqqas hesab olunurlar.
Tərəzi
Tərəzilər həm qızlar kimi detalları nəzərə alır, həm balıqlar kimi hisslərinə önəm verirlər. Bu iki özəlliyin harmoniyasını rəqs edərkən də ortaya qoymağı bacarırlar. Tərəzilər rəqslə duyğuları arasında dərin əlaqə hiss edirlər. Onlar konsentrasiyanı itirmədən inamla hərəkət edir, ritmi tutur və həvəslə məşq edirlər.
Buğa
Buğa dünyanın gözəlliyini həvəslə hiss edir və onu rəqsdə nümayiş etdirir. Onlar şəhvətli rəqs edir. Rəqs edərkən onlar ətraflarında baş verənləri tamamilə unudurlar. Buğalar üçün özlərinin rəqslərindən həzz alması daha vacibdir. Ancaq gözəl rəqsləri ilə insanları da heyran etməyi bacarırlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:45 / 29.03.2023
Rəqqas BÜRCLƏR – Məclislərin bəzəyi BEŞLİK
Hazırda oxunan: Rəqqas BÜRCLƏR – Məclislərin bəzəyi BEŞLİK
Hazırda oxunan: Rəqqas BÜRCLƏR – Məclislərin bəzəyi BEŞLİK
127663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.