BİZİM TƏQVİM: 29 martda nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 29 martda nələr olub?

127658

1994-ci ililin bu günündə  Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verib. 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrə indiyə qədər tam siyasi-hüquqi qiymət verilməməsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında qeyd edilib və bununla əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsi tövsiyə olunub.

Bəs, 29 martda dünyada daha hansı hadisələr baş verib?

1.    29 mart 1430-cu ildə Sultan II Muradın əmri ilə yola çıxan Osmanlı ordusu Selaniki fəth edib.

2.    1555-ci ildə Osmanlı və Səfəvi imperiyaları arasında daha bir müharibə sona çatıb və 29 martda Amasya Sülh müqaviləsi bağlanıb.  Anlaşmaya görə, Van gölünün ətrafı, İmeretiya, Menqreliya və Quriya Osmanlıların, Mesxetiya, Kartli Kaxeti isə Səfəvilərin hakimiyyətinə keçdi.

3.    1803-cü ilin bu günü Rusiya qoşunları Zaqatala yaxınlığındakı Car dağ kəndini işğal edərək öz ərazilərinə qatdılar. Bu hadisə uzun müddət sovet tarixçiləri tərəfindən Dağıstan xalqının könüllü olaraq Rusiyaya birləşməsi kimi təqdim edildi.

Əslində isə bu hadisə Azərbaycanın Şimal ərazilərinin Rusiya tərəfindən işğalı prosesinin başlanğıcı idi.  

4.    29 mart 1886-cı ildə Atlantalı aptekçi Con Pemberton baş ağrısı, melanxoliya və digər sinir xəstəliklərinə qarşı içki kəşf edib. Hazırda bu şərinləşdirici içki bütün dünyada Coca-Cola kimi tanınır.

5.    1940-cı ilin bu günündə İngiltərə Bankı saxtalaşdırmaya qarşı yeni yüksək müdafiə dərəcəsi olan ilk əsginazlar buraxıb. O vaxtdan əsginazların çap olunduğu kağıza metal sap yeritməyə başlayıblar.

6.    1998-ci ilin 29 martında Lissabonda “Ekspo-98” ümumdünya sərgisi ərəfəsində Avropada ən uzun körpü açılıb. “Vasko de Qama” adlanan bu körpünün uzunluğu 17 km. 185 metr, suyun üstündə olan hissəsinin uzunluğu isə 10 km. eni isə 31 metrdir.

Körpünün layihələşdirilməsi uzun illər çəksə də, onu cəmi 8 aya inşa ediblər. Bu da müvafiq layihələr üçün rekord göstəricidir.

7.    29 mart 2004-ci ildə İrlandiyada bütün iş yerlərində, o cümlədən barlarda və restoranlarda siqareti qadağan edən dünyada ilk ölkə olub.

8.    29 mart 2010-cu ildə Rusiyanın paytaxtı Moskvada iki ayrı-ayrı metro stansiyasında baş verən intihar hücumlarında 40 nəfər həyatını itirdi.

29 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1.    1824-cü ilin bu günü 19-ci əsr materialist elmi düşüncənin görkəmli alman filosofu Lüdviq Büxner  dünyaya gəlib.

2.    Şair Mirzəli Möcüz 1873-cü il 29 martda Cənubi Azərbaycanın Şəbüstər şəhərində anadan olub.

3.    Bu gün Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun xatirə günüdür. O, 1875-ci ildə dünyaya gəlib.

4.    1956-cı ilin bu günü Türkiyənin tanınmış rejissoru və prodüseri Fuad Uzkınay dünyadan köçüb.

5.    1966-cı ilin 29 martında Türkiyənin tanınmış memarı, roman yazıçısı və uşaq hekayələri müəllifi, Malkoçoğlu obrazının yaradıcısı Abdullah Ziya Kozanoğlu dünyadan köçüb.

6.    29 mart 1935-ci ildə Xalq artisti Muxtar Maniyev doğulub. 50-dən çox filmdə (“İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, ”Nəsimi” və s.) maraqlı obrazlar yaradıb.

7.    Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov 1939-cu ilin bu günündə  vafat edib.

8.    Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılov 1959-cu ilin 29 martında anadan olub. 

9.    29 mart 1976-cı ildə görkəmli ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin