Metrostansiyalarda niyə tibbi xidmət təşkil olunmur? – RƏSMİ CAVAB

Hazırda oxunan: Metrostansiyalarda niyə tibbi xidmət təşkil olunmur? – RƏSMİ CAVAB

127631

“Metroda yaşlı kişinin halı pisləşdi”, “gənc xanım huşunu itirdi” və yaxud da “kimsə qatar yoluna düşdü”...

Bu cür xəbərləri çox tez-tez eşidirik. Belə hadisələrin fonunda qurum daxilində tibbi xidmətin təşkili məsələsi öz aktuallığını bir daha önə çıxarır.

Şəhərin tıxac problemini, eləcə də metronun insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olması kimi amilləri nəzərə alarsaq, qurum daxilində tibbi xidmətin təşkili nə üçün gündəmdə deyil? 

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, qurumun əsas vəzifəsi sərnişin daşınmasının təşkili ilə bağlıdır: 

“Metro daxilində tibbi xidmətin təşkili spesifik və peşəkar yanaşma tələb edir. Bu xidmətin mövcudluğuna zərurətin olub-olmaması xüsusi məsələdir. 

İlk tibbi yardımın göstərilməsi ilə bağlı aidiyyatı üzrə qurumlarla müntəzəm əlaqələr var. Yəni, metroda baş verən hadisələrə bağlı təcili tibbi yardım xidməti ilə ən operativ şəkildə əlaqə qurulur və dərhal həmin sifarişin daxil olduğu stansiyaya ən yaxın məntəqədən tibbi xidmət personalı daxil olur. İndiyə kimi gecikmə halları, demək olar ki, baş verməyib”. 
Bəxtiyar Məmmədov onu da bildirib ki, tibbi xidmətin qurulması “Bakı Metropoliteni”nin səlahiyyətində olmasa da, bu məsələ aktual olarsa, qurum öz tərəfindən qarşılıqlı olaraq şəraitin yaradılmasında yaxından iştirak edə bilər”.

 Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin