Gədəbəyin Musayal kəndinin guya satışa çıxarıldığı barədə yayılan video həqiqəti əks etdirmir.
Bu barədə açıqlamanı Bizim.Media-nın yerli bürosuna kəndin icra nümayəndəsi Məhəd Tağıyev verib.
Onun sözlərinə görə, hal-hazırda kənddə 6 ailə yaşayır və onlar əkinçilik və maldarlıqla məşğul olurlar.
“Musayal kəndində 48 ev təsərrüfatı var. Burada ümumilikdə 105 nəfər yaşayır. Kənddə yaşayan ailələrin demək olar ki, hər birinin Şəmkirdə də evi var. Qış ayları kənddə hava çox sərt keçir. Əhali buna görə qışlaq olaraq Şəmkir rayonunu seçib və oktyabr ayının sonundan etibarən ora köçməyə başlayır. Aprelin əvvəlində isə qayıdıb, Gədəbəyə gəlirlər və təsərrüfatları ilə məşğul olurlar” deyə Məhəd Tağıyev əlavə edib.
İcra nümayəndəsi bildirib ki, həmin videoda guya kəndin satıldığını deyən vətəndaş həmin kəndin sakini deyil.
“Biz dəqiqləşdirdik ki, videonu paylaşan şəxs insanların fikrini cəlb etmək məqsədi ilə bunu edib. O, Musayalda yaşayan kənd sakini Eyvaz kişinin bacısı oğludur. Eyvaz kişinin özünün də Şəmkirdə evi var. Əslində qohumu məhz Eyvaz kişinin evinin satışı üçün elan paylaşmaq niyyəti ilə kəndə gəlibmiş.
Biz onunla söhbət etdik, bacısı oğlunun səhv addım atdığını, diqqəti çəkmək üçün belə etdiyini və üzr istəməyə hazırlaşdığını söyləyib. Yəqin ki, yaxın zamanda onun kəndin satılması ilə bağlı xəbəri təkzib etdiyini izləyəcəyik” deyə Musaval icra nümayəndəsi Bizim. Medain-nın yerli bürosuna bildirib.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan videoda Gədəbəydə yerləşən kəndlərin birində bütün evlərin satışa çıxarıldığı iddia edilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:04 / 28.03.2023
Gədəbəyin bu kəndi satışa çıxarılıb? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Gədəbəyin bu kəndi satışa çıxarılıb? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Gədəbəyin bu kəndi satışa çıxarılıb? – RƏSMİ AÇIQLAMA
127622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.