Xankəndindəki separatçı rejim Azərbaycan ekologiyasına və iqtisadiyyatına qarşı yeni terror aktına başlayıb.
Bizim.Media xəbər verir ki, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarət arealında olan ərazilərdə elektroenerji istehlakını dəfələrlə, sürətlə artıran separatçı rejim Sərsəng su anbarında suyun səviyyəsini aşağı salıb.
Rejimin başçısı Araik Arutyunyan bəyan edib ki, Sərsəng su anbarında "yaranmış vəziyyətlə əlaqədar olaraq" Azərbaycanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 min hektar əkin torpaqları suvarılmadan məhrum olunacaq.
Bu, açıq-aşkar Azərbaycana qarşı növbəti şantaj və ekosid xəbərdarlığıdır.
Xatırladaq ki, su anbarı 28 ildir işğal altındadır və onun səviyyəsi 25,4 metr aşağı düşüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:57 / 28.03.2023
Separatçıların növbəti “ekoloji terrorunun” ünvanı Sərsəng su anbarıdır
Hazırda oxunan: Separatçıların növbəti “ekoloji terrorunun” ünvanı Sərsəng su anbarıdır
Hazırda oxunan: Separatçıların növbəti “ekoloji terrorunun” ünvanı Sərsəng su anbarıdır
127610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.