Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bizim.Media xəbər verir ki, bu təyinatadək M.Məmmədov iqtisadiyyat nazirinin müşaviri vəzifəsini tutub.
MÖVZU İLƏ BAĞLI:
Prezident Laçına xüsusi nümayəndə TƏYİN ETDİ
O daha əvvəl də bir sıra yüksək vəzifələrdə çalışıb.
Məsim Məmmədov Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.
Məsim Məmmədov martın 1-də Qarabağın erməni icmasının nümayəndələri ilə keçirilən görüşdə də iştirak edib.
Bizim.Media