Təhlükəsizlik orqanlarımız İrəvanda deputatlarımızı necə qoruyub? – SENSASİON DETALLAR

Hazırda oxunan: Təhlükəsizlik orqanlarımız İrəvanda deputatlarımızı necə qoruyub? – SENSASİON DETALLAR

127588

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 104-cü ildönümüdür.

Bizim.Media xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təhlükəsizlik orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edən deputat, bu qurumların fəaliyyəti ilə bağlı xatirəsini də bölüşüb.

Belə ki, ötən ilin fevralında Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avronest” forumuna qatılan deputat özünün və həmkarı Soltan Məmmədovun təhlükəsizliyinin necə təmin olunmasından söz açıb:

“Təqribən 1 il bundan qabaq biz İrəvana səfər edən zamanı ən yadda qalan hisslərdən biri Azərbaycanın təhlükəsizlik orqanlarının işi və imkanları oldu. İrəvanda ən çətin anlarda öz varlıqlarını bizə daim hiss etdirmələri, “əllərinin” düşmən ölkədə belə hər yerə çatması, regionda söz və nüfuz sahibi olmaları bizi həm ürəkləndirirdi, həm də qürurlandırırdı.
Biz hər an Ali Baş Komandanın, Azərbaycan dövlətinin və təhlükəsizlik orqanlarının gücü ilə himayə olunğumuzu və qorunduğumuzu hiss edirdik”.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin