“Makedoniyalı İsgəndər Qordi düyününü necə həll etmişdisə...”x9d

Hazırda oxunan: “Makedoniyalı İsgəndər Qordi düyününü necə həll etmişdisə...”x9d

127583
Hacı Məmmədovun Ali Məhkəməyə müraciəti nəticə vermədi. Hadisələrin gedişini necə qiymətləndirirsiniz, general Zakir Nəsirovla bağlı gözləntiləriniz nədir? Ümumiyyətlə, Eldar Mahmudov düyününün nə vaxt açılacağını proqnozlaşdırırsınız? Yaxud Hacı Məmmədovun hələ də MTN-dən çıxarılmaması ilə Eldar Mahmudovun həbs olunmaması arasında hansısa bağlılıq axtarmaq məntiqlidirmi?

Keçmiş MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl Moderator.az - ın bu "sual boğçası"na qısa cavab verib:

"Hacı Məmmədovun müraciətinin müsbət qarşılanacağını gözləmək sadəlöhvlük olardı. Hacı Məmmədovun başqa cinayətləri - sifarişli qətllər törətməsi sirr deyil və onun xahiş və müraciətləri yerinə yetirilsə, necə deyərlər, ayağı yer alar, bəzi sirləri də aça bilmək təşəbbüsündə bulunar. Bu da hələ bəzi səlahiyyət sahiblərinə sərf etmir. Sizin saytınızda keçmiş MTN şefi Eldar Mahmudovun həbs edilməməsinin səbəbi kimi bir sıra "vacib siyasi fiqurlar haqqında komprmateriala malik olduğunu" ehtimal etmişdik. Maliyyə naziri haqqında çıxan söz-söhbətlərdən sonra Hacı Məmmədovun müraciətinə müsbət yanaşılmaması növbəti sensasiyayla qarşılaşmamaq kimi də dəyərləndirilə bilər. Hacı Məmmədovun MTN təcridxanasında indiyədək saxlanması hansı məqsədi güdübsə indi də o məqsədlə saxlanması davam edir, bir az da yeni ştrixlərlə - yəni həm təhlükəsizliyi, həm də yeni sorğu - suallar və ondan alına biləcək informasiyalara görə. Eldar Mahmudov "düyünü" Qordi düyünü olmasa da, onunla oyun uzun çəkməyəcək, elə Makedoniyalı İsgəndər Qordi düyününü necə həll etmişdisə keçmiş nazir haqqında qərar verən də Mahmudov düyününü o cür çözəcək.

Zakir Nəsirovun dövlət başçısının dünənki əfv fərmanına düşməsinə çalışanlar və gözləyənlər var idi, ən azı ömürlük həbsin müddətli həbslə əvəz edilməsi müzakirə olunurdu. Zakir Nəsirova irəli sürülən ittiham bu gün həbsdə olan Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının girov götürülməsinin təşkilatçılığıyla bağlıdır. C. Hacıyevdən, E. Mahmudovdan istənilənlər hələ başa çatmadığı bir zamanda Zakir Nəsirovun azad edilməsi əks effekt yaradar. Zənnimcə, Zakir Nəsirov məsələsi növbəti mərhələ olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin