Ramazanın YEDDİNCİ GÜNÜ: Orucluq ruhla bədənin hansı təmaslarını intensivləşdirir?

Hazırda oxunan: Ramazanın YEDDİNCİ GÜNÜ: Orucluq ruhla bədənin hansı təmaslarını intensivləşdirir?

127474

Müqəddəs Ramazan ayı artıq bir həftəsini tamamlamaq üzrədir. Bu dəfəki orucluq yaz aylarına düşdüyündən kəraməti daha böyükdür. Həkim ekspertlərin də dediyinə görə yaz aylarında qan durulmağa başladığından orqanizmin özü ilə baş-başa qalmağa daha böyük ehtiyacı var və belə bir dönəmdə cisim daha çox fayda götürür və dirçəlir.

Bu məsələnin fiziki tərəfi olsa da ruhani və mənəvi tərəfdən də böyük anlamlar kəsb edir. Göy cisimlərinin tam il başlayanda bir nizama girdiyi kimi, insanın bədənindəki toxumaların mütanasibliyi bərpa etmək cəhdi ruhu da qidalandırmağa qadirdir. Ona görə də belə zamanlarda yaradanın böyüklüyünü dərk etməklə dünya sirlərinə də yaxınlaşmaq mümkündür. Sabah isə Ramazan ayının yeddinci günüdür.

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 29-da Bakıda imsak saat 05:04-də, iftar isə saat 19:15-dədir.

Ramazan ayının 7-ci gününün duası:

"Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin".

Tərcüməsi:

"İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!"

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.  

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

Allah orucunuzu qəbul etsin!

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin