Paytaxtın daha bir ərazisində yaşıllıqlar hasara alınıb.
Söhbət Xətai rayonu Məhəmməd Hadi küçəsindəki “Yellow market”lə üzbəüz ərazidən gedir.
Bu ərazidə xeyli sahə bayram günlərində dəmir hasara alınıb. Yəqinki, burda yaxın vaxtlarda inşaat işlərinə də başlanılacaq. Halbuki, hasara alınan ərazidə xeyli sayda iri ağac var. Aparılacaq tikinti işləri zamanı həmin ağacların qırılma təhlükəsi çox böyükdür. Bunu nəzərə alan yerli sakinlər bizim sayta müraciət edib.
Sakinlərin narahatçılığına aydınlıq gətirmək üçün Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Bizim.Media-ya bildirdi ki, Sizin müraciətinizdən sonra əraziyə bir daha baxış keçirdik:
“Ərazi özəlləşdirilib. Dövlət Reysterindən çıxarışları var. Hələlik tikinti işlərinə başlanılmayıb. Amma nə tikiləcəyini biz də bilmirik. Lakin, bütün hallarda ərazidəki ağacların qorunması üçün bizdən asılı olan hər şeyi ediləcək. Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da məsələdən xəbərləri var. Adətən belə hallarda Nazirliyin göstərişi ilə ərazidəki ağaclar digər sahələrə köçürülür. Və yaxud da ağacların toxunulmazlığı təmin edilir”.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, məsələ araşdırılacaq və daha ətraflı məlumat veriləcək.
Ona görə də məsələni diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 28.03.2023
Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO
Hazırda oxunan: Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO
Hazırda oxunan: Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO
127440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.