Paytaxtda eybəcər MƏNZƏRƏ - Piyada keçidi niyə sökülür? - FOTO

Hazırda oxunan: Paytaxtda eybəcər MƏNZƏRƏ - Piyada keçidi niyə sökülür? - FOTO

127421

“Koroğlu Rəhimov küçəsindəki yerüstü piyada keçidi. Tikdilər, gördülər onsuz da az qala 3 mərtəbə hündürlüyündə olan keçiddən keçən olmayacaq, hamı elə yolun ortası ilə qaçışacaq, dedilər "Day bəsdir, göz dağı kimi qalıb yolun ortasında. Sökək getsin. Onsuz büdcənin qapısı bizim üçün açıqdır. Heç bir aidiyyatı qurum da soruşan deyil ki, "Niyə tikmişdiniz, niyə sökürsünüz? Büdcədən ayrılan vəsait niyə bu qədər israf edilir?". Kef bizim, qərar bizim. İstəyəndə tikərik, istəyəndə sökərik"...”

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Əzizə İsmayılova sosial şəbəkə hesabında paylaşım edib. 

Qeyd edək ki, paytaxtın Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində tikilmiş keçid sökülür. Tikilinin bir hissəsi dağıdılıb. Ərazidə tənzimlənən piyada keçidi var. Keçid ərazidə hərəkətə narahatlıq yaradır.
Keçidin tikilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən  icazə, həmçinin Bakı Nəqliyyat Agentliyindən razılıq verilməyib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin