Bayram tətilindən sonra işə həvəs niyə azalır? – Plansız istirahətin FƏSADLARI

Hazırda oxunan: Bayram tətilindən sonra işə həvəs niyə azalır? – Plansız istirahətin FƏSADLARI

127416

Bayram tətilindən sonra iş həyatına insanların qayıtması, yenidən işə adaptasiya olunması bir sıra çətinliklərə müşayiət olunur. Tətildən qayıdan insanlar bir qayda olaraq iş rejiminə uyğunlaşmaqda çətinlik çəkir, bir müddət iş mühitinə köklənə bilmirlər. 

Sözügedən məsələ ilə bağlı Bizim.Media müsahibə verən psixoloq Fidan Nizamova bildirib ki, bayram tətilindən sonra işə qayıtmağı istəməmək və ya qayıtdıqdan sonra işə köklənə bilməmək faktı insanlarda tez-tez rast gəlinən faktordur.
 

MÖVZU İLƏ BAĞLI:

Bayramı harada keçirmək daha maraqlıdı? - SORĞU


Bu problemlə qarşılaşmamaq üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.

“Burada biz birinci özümüzə sual verməliyik ki, niyə biz işə qayıtmaq istəmirik? Əgər bu sadəcə bədənin alışdığı bir rahatlıqla əlaqəlidirsə bu normal bir haldır. Amma digər neqativ duyğular varsa, misal üçün kiməsə görə işə getmək istəmirsə və yaxud digər bu kimi hallara görə işə getmək fikrindən daşınırsa, bunun üzərində düşünmək lazım gəlir. Məzuniyyət və ya bayram tətilindən sonra işə qayıtmaq özü ağır bir mərhələdir. Bir neçə günlük istirahətdən sonra birdən-birə işə köklənmək insanlara çətin gəlir. Belə olan halda insanlara nələri tövsiyə etmək olar?” 

Fidan Nizamova bildirir ki, tətilə çıxmazdan öncə görüləcək işləri dəqiq planlamaq vacibdir: 

“Yorulmuşam deyə dincəlim fikri ilə insanlar istirahət etməməlidilər. Özlərini həm fiziki, həm də zehni olaraq sakitləşdirməli və sonra istirahət haqqında düşünməlidilər. Böyük vədlərlə insanlar istirahətə gedir, bəzən planlar pozulur və çox böyük məyusluq hissi ilə yenidən işə başlayırlar. Bunun da nəticəsində adaptasiya problemi üzə çıxır. Əsas məsləhətim odur ki, insanlar istirahət bitməyinə 1-2 gün qalmış evlərinə qayıtsınlar. İstirahətdən qayıtdıqdan sonra dərhal ağır işlərə köklənmək məsləhət deyil. Bu haqda düşünməyə tələsməyin yoxsa insanlar çox ağır fəsadlarla üzləşə bilərlər".

Ziya Hikmətoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin