Novruz bayramı günləri dünyada nə baş verib? - QAÇIRDIQLARIMIZ 

Hazırda oxunan: Novruz bayramı günləri dünyada nə baş verib? - QAÇIRDIQLARIMIZ 

127404

Bir həftə davam edən Novruz tətili dünyada və regionda baş verən siyasi peosesləri bir qədər səthi izləməyə səbəb olmuşdu. Amma tətildən sonrakı ilk iş günündə son günlər baş vermiş siyasi proseslərə diqqət edərkən xeyli maraqlı hadisələrin baş verdiyini görürük.

Baş vermiş prosesləri iqtisadçı ekspert Eldəniz Əmirov qısaca belə xarakterizə edib:

 - Boğaza qədər palçığa batmış Rusiyanın Qarabağda edə biləcəkləri boş bəyanat olaraq qalacaq. 

- Səudiyyə Ərəbistanı ilə münasibətlərdə azacıq yumşalmalara görə o tərəfdən nisbətən rahatlamış İranın Azərbaycanla sərhəddəki davranışları isə sadəcə gərginlik yaratmaq məqsədi daşıyır. 

- Türkiyə də iqtisadi və siyasi dividentlər əldə etməkdə və bəzi digər məsələlərdə öz maraqları olsa da fakt budur ki, Azərbaycanın arxasında dağ kimi durub. 

- ABŞ Türkiyə ilə münasibətləri pisləşdirmək deyil, əksinə müsbətə dəyişmək istəyi aydın görünür. Hərbi əməkdaşlıqla bağlı Türkiyəyə etdiyi yeni təkliflər də buna görərir. 

- Amerika İran tərəfindən Azərbaycana müdaxilə olacağı təqdirdə Azərbaycanı dəstəkləyəcəklərini aşkar bildirdi. 

- İsrailə yenə də əsl dost deyə biləcəyimiz ölkədir. Din ayrı, millət ayrı, amma əməldə dost mövqeyi sərgiləyir. 

- Çin liderinin Rusiya səfəri rusa dəstək xarakterindən daha çox Rusiyadan nəsə qoparmaq məqsədi daşıyır. Çinin bir neçə məsələdə öz maraqları var. Məsələn, Rusiyanın uzaq şərq çölləri yiyəsiz qalıb. Niyə Çin ora öz şərtlərilə investisiya qoyub, 20-25 il sonra o ərazilərdə de-fakto öz hegomonluğunu tam təmin etməsin? Onsuz da Çinin 10-a yaxın ölkəni "investisiya işğalı" metodu ilə nüfuz etməsi özünü təsdiqləyib. 

- Fransanın elədikləri isə dağlarda qurd səsini eşidib, kənddə hürən alabaşın elədiklərindən fərqlənmir. 

- O ki, qaldı Ermənistana... O həm alətdir, həm də pozgun. Alət kimi qlobal güclərin işinə bir az yarasa da, pozgun kimi qısamüddətlidir, kimsəyə uzunmüddətli lazım deyil. 

- Azərbaycan isə həqiqətən 21-ci əsrin xalqı seçilməyə layiqdir. Əsgəri əsgər, siyasəti siyasət. Tərifləməyə ehtiyac yoxdur. Ehtiyatla, ağılla, siyasətlə öz haqq yolunda addımlayır. Hazırkı məqamda nə Rusiyada, nə də İranın Azərbaycanı haqlı mövqeyindən çəkindirə biləcək real "dux" yoxdur.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin