Dövlət Dəniz Agentliyi qeyd olunan hava şəraitinin kəskinliyini və bununla bağlı zəruri addımların atılmasını nəzərə alaraq, ictimaiyyət və şəxsi heyət üçün bir sıra məlumatların açıqlanmasını zəruri hesab edir.
Agentliyin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilir ki, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir.
MÖVZU İLƏ BAĞLI:
Yol polisi sürücülərə və piyadalara müraciət etdi
Dənizdə dalğanın hündürlüyünün 2.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 metrə çatacağı gözlənilir.
Bildiririk ki, gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.
Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülüb.
Bizim.Media