Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib.
Bizim.Media xəbər verir ki, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2000-ci il təvəllüdlü Əmrah Rajapovun nəşi Gəncə şəhərinə aparılıb.
Şəhid Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.
***
Vətən müharibəsində itkin düşən daha bir əsgərimizin nəşi tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, II Qarabağ müharibəsində itkin düşən şəxslərin siyahısında adı olan Rajapov Əmrah XXX şəhid olduğu təsdiqlənib.
Qeyd edək ki, şəhidimiz 2000-ci ildə Gəncədə doğulub. Atasını kiçik yaşlarından itirən Əmrah, sonradan anası tərəfindən uşaq evinə verilib.
Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.
Əmrah Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:13 / 23.02.2021
Azərbaycan Ordusunun şəhid əsgəri Gəncədə dəfn olundu - YENİLƏNİB - FOTO
Hazırda oxunan: Azərbaycan Ordusunun şəhid əsgəri Gəncədə dəfn olundu - YENİLƏNİB - FOTO
Hazırda oxunan: Azərbaycan Ordusunun şəhid əsgəri Gəncədə dəfn olundu - YENİLƏNİB - FOTO
12729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.