Bu gecə Bakıda keçiriləcək “Qarabağ”-“Qalatasaray” yoldaşlıq oynunda Qaxdan olan şəhidimizin iki övladı da meydana çıxacaq.
Artıq İsa və Ömər Bakıdadır və ötən gün “Qalatasaray” yönəticiləri ilə görüşüb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna şəhid kapitanın atası Fazil Dursunov məlumat verib.
Qeyd edək ki, Fərid Dursunov “Qalatasay” klubunun azarkeşi olub. 44 günlük müharibədə yaralı ikən vəsiyyət edib ki, onun məzarı üstündə Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray” klubunun da bayrağı dalğalandırılsın.
“Artıq üç ilə yaxındır onun vəsiyyətinə uyğun Fəridin məzarı başında Azərbaycan, Türkiyə bayraqları ilə yanaşı, qızğın azarkeşlik etdiyi klubun da bayrağı orada dalğalanır” deyən şəhid atası nəvələrinin dəvət edilməsini yüksək qiymətləndirib.
“Bu bir daha onu göstərir ki, şəhidlər unudulmur. Unudulmursa demək, onlar yaşayır” deyən Fazil Dursunov oyunda şəhidin övladları, İsa və Ömər "Qalatasaray" oyunçuları ilə birlikdə meydana çıxacağı anı səbrsizliklə gözləyir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:09 / 26.03.2023
Şəhid kapitan Fərid Dursunovun arzusu bu gecə çin olacaq - FOTO
Hazırda oxunan: Şəhid kapitan Fərid Dursunovun arzusu bu gecə çin olacaq - FOTO
Hazırda oxunan: Şəhid kapitan Fərid Dursunovun arzusu bu gecə çin olacaq - FOTO
127261
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.