Qaradağda evdə tapılan meyitlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Qaradağda evdə tapılan meyitlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

127226

Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qaradağda üzərində zorakılıq əlamətləri olan meyit AŞKARLANDI


Prokurorluq əməkdaşları tərəfindən ekspert və kriminalistin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, ölüm səbəbi, xəsarətlərin yaranma mexanizmi və digər halların müəyyən edilməsi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə məlumat veriləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin