Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.
Bizim.Media xəbər verir ki, İƏT-in Ciddədəki mənzil-qərargahında keçirilən görüşdə QMİ-nin sədri təşkilatın uzun illər davam edən Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq dəstəklədiyini bildirib.
O qeyd edib ki, ölkəmiz dinlər və mədəniyyətlərarası dialoq üzrə İƏT-lə sıx əməkdaşlıq edib, bu sahədə bir sıra mötəbər beynəlxalq tədbirlər keçirib. Bu yaxınlarda Bakıda keçirilən islamofobiya ilə qlobal mübarizəyə həsr olunmuş konfrans bunun bariz nümunəsidir.
İƏT-in Baş katibi Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyinin möhkəmlənməsində müstəsna xidmətlərini qeyd edib, ölkəmizin bu sahədə böyük uğurlar əldə etdiyini vurğulayıb.
O əlavə edib ki, təşkilatın Baş katibliyi QMİ və Azərbaycanın digər uyğun qurumları ilə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:17 / 25.03.2023
Allahşükür Paşazadə İƏT-in Baş katibi ilə GÖRÜŞDÜ
Hazırda oxunan: Allahşükür Paşazadə İƏT-in Baş katibi ilə GÖRÜŞDÜ
Hazırda oxunan: Allahşükür Paşazadə İƏT-in Baş katibi ilə GÖRÜŞDÜ
127203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.