Ölkəmizdə turizm bölgələri Novruz bayramı günlərində də minlərlə yerli və xarici qonağa ev sahibliyi edib.
Bizim.Media-nın yerli bürosu bildirir ki, Şəkinin dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, alban məbədi, orta əsrlərə aid karvansaralar, qədim sənətkarlıq nümunələrinin qorunduğu məkanlarını minlərlə turist ziyarət edib.
Qədim Şəkidə turistlərin ən çox üz tutduqları tarixi məkanlar sırasında “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu öndə gəlir.
Bu ərazidə yerləşən muzey və karvansaralar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi yerli və xarici turistlərin daha çox marağına səbəb olur. Qoruq ərazisində yerli sənətkarların emalatxana-dükanları bura gələnlərin diqqətini xüsusi ilə cəlb edir. Ərazidəki “Sənətkarlar evi” də turistlər üçün daha çox cəlbedici məkanlardan hesab olunur.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğundan Bizim.Media-ya verilən məlumata görə, bayram günlərində qoruğa gələnlərin əksəriyyətini yerli turistlər təşkil edib. Xarici turistlər arasında isə Rusiya, Türkiyə, Pakistan, Hindistan, İtaliya və digər Avropa ölkələrindən gələnlər daha çox olub.
Bayram günlərində şəhərə turist axınını nəzərə alaraq, Xan Sarayının qapıları səhər saat 9:00-dan axşam 18:00-dək qonaqların üzünə açıq olub.
Qoruqdan o da bildirilib ki, hazırda Dövlət Turizm Agentliyi tərəfindən Qala divarlarının içərisində bir neçə tarixi binada - XIX əsrin əvvəllərində inşa edilmiş Dairəvi məbəddə, şəbəkə emalatxanasında, XIX əsrdə tikilmiş əsgər kazarmasında, həmçinin Tarix-Diyarşünaslıq Muzeyində təmir-bərpa işləri davam etdirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 25.03.2023
Novruz bayramında Şəkiyə daha çox turist hansı ölkədən gəlib? – İlk BEŞLİK
Hazırda oxunan: Novruz bayramında Şəkiyə daha çox turist hansı ölkədən gəlib? – İlk BEŞLİK
Hazırda oxunan: Novruz bayramında Şəkiyə daha çox turist hansı ölkədən gəlib? – İlk BEŞLİK
127136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.