Aqil Abbas xanımı ilə Talış kəndinə niyə gedib? – ÖZƏL SƏBƏB

Hazırda oxunan: Aqil Abbas xanımı ilə Talış kəndinə niyə gedib? – ÖZƏL SƏBƏB

127109

"Orada ermənilər yaşayan evlərə də girib baxdım. Həmin evlərdə heç it də yaşamaz. Bunlar nə deyib yaşayıb orada... Yəqin bilirmişlər ki, bu müvəqqəti yaşayışdır. Qarabağ onların deyil". 

Bu sözləri işğaldan azad edilmiş Talış kəndinə səfər edən millət vəkili Aqil Abbas deyib. Deputat xanımı İradə Tuncayla etdiyi səfərin təəsüratlarını özəl olaraq Bizim.Media-nın Qarabağ bürosuna danışıb. 

Aqil Abbas bildirib ki, ölkə rəhbərinin Talış kəndinə səfəri, orada bayram tonqalı yandırmağı insanları böyük qayıdış üçün daha da ruhlandırdı.

Bununla yanaşı hər kəs yeni qurulan yaşayış məntəqələrini görməyə can atır:

"Biz də gəldik Talışı özəl olaraq ziyarət etdik. Azad olunmuş hər qarış torpağımıza baş çəkməliyik, canlandırmalı, canlanmalıyıq. Kənddə iki ailəni evində ziyarət etdik. Onlar şəraitdən çox razıdır. Ümumiyyətlə Talış kəndi Avropa kəndlərini xatırladır. Xidmət sahələrini əhatə edən inzibati binaladan tutmuş yaşayış evinə qədər hər tikili müassir standartlara cavab verir. Hətta heyvan saxlamaq üçün tövlələr də inşa edilib. Yəni yaşayış, dolanışıq üçün bütün şərait var. Şəxsən möhtərəm prezidentimizə öz minnətdarlığımı bildirirəm", - deyir, Aqil Abbas.

Millət vəkili həmçinin Talış kəndinin əlverişli turizm potensialının olduğunu diqqətə çatdırıb: 

"Talış və Suqovuşan ərazisi turizm sektoru üçün əlverişli yerdir. Ərazinin coğrafiyası buna imkan verir. Mən bir daha diqqətə çatdırıram, Talış kəndi Avropa kəndlərindən fərqlənmir. Ümumiyyətlə Qarabağın hər yeri gözəl və füsunkar təbiətə malikdir. Mən Talış kəndini İsveçrə kəndlərinə bənzətdim. Ona görə də burada turizm sektoru üçün tam uyğun yerdir", - deyir, A.Abbas
O, xüsusi olaraq şəhid ailələri və qazilərə öz ehtiramını bildirir.

Tanınmış yazıçı burada aparılan əlavə tikinti və quruculuq işlərində şəhidlərin xatirəsinə ucaldılmış abidənin də inşasını görəcəyinə əmin olduğunu vurğulayıb: 

"Oradakı bayraq meydanının mövcudluğu ən böyük ziyarətgahdır. Əlbəttə bu meydan bizim igid oğullarımızın qəhrəmanlığı və cənab ali baş komandanın qətiyyəti sayəsində qurulub. Bildiyiniz kimi burada quruculuq işləri davam edir. Əminəm ki gələcəkdə xatirə abidəsi də inşa ediləcək", - deyərək Aqil Abbas fikirlərini tamamlayıb.



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin