Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq turizm sektorunun əsas elementlərindən biri olan iaşə müəssisələrinin fəaliyyətində yaranmış tənəzzül hələ də davam etməkdədir.
Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar ayında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni ayı ilə müqayisədə 3,2 dəfə azalaraq 35,5 milyon manat olub.
MÖVZU İLƏ BAĞLI:
15 obyektdə pozuntular aşkarlandı
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,8 faizi hüquqi şəxslərin, 57,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,1 dəfə azalaraq 14,9 milyon manat olub.
Bizim.Media