Məşhur vəkili sökülmüş kafesinin “yasını saxlamağa”x9d nə vadar edir?

Hazırda oxunan: Məşhur vəkili sökülmüş kafesinin “yasını saxlamağa”x9d nə vadar edir?

127055
 “Ömrün səhifələri”x9d adlı məşhur Azərbaycan filmini ötən əsrin 70-ci illərində deyil, bizim əsrin əvvəllərində çəksəydilər, yəqin ki, natura üçün Buzovnada, 26 saylı məktəbin qarşısında fəaliyyət göstərmiş, indisə sökülüb yalnız xatirəsi qalmış kafenin də “namizədliyi”x9dnə baxmaq olardı... Hələ üstəlik, kafenin sahibinə də oradakı maraqlı personajlardan birini, deyək ki,  pivə köşkündə “Roma hüququ”x9d kitabını “oxuyan”x9d satıcınının rolunu tapşırmaq mümkün idi...

Təəssüf ki, vaxt-vədə keçib. İndi nə belə film çəkilir, nə də o kafe yerindədi...
Amma filmi yaradanların fantaziyasının gücünə bax ki,  30-40 il qabağı necə sərrast  görürlərmiş... O vaxt  pivəsatanı hüquqşünas kimi göstərmək, bəlkə də, sovetin ideoloji prinsiplərini pozmaq idi. Amma indi hüquqşünasın pivə satmasının nəinki heç bir ideoloji sıxıntısı yoxdu, üstəlik, eləsi var ki, pivəni o filmdəki kimi hansısa dalanda quraşdırılmış köşkdə deyil, böyük bir qəsəbə məktəbinin qarşısında, yüzlərlə azyaşlı uşağın gözü önündə satmağı özünün “halal haqqı”x9d hesab edir. “Qanuni don”x9d geyindirməyi bacardığı bu yanlış “haqqı”x9d  itirəndə isə aləmi  bir-birinə qatır.

Həmin filmin iki qəhrəmanından birinin digərinə söylədiyi kimi: “Bu çox uzun əhvalatdır”x9d.
...Boş araq şüşələri, pivə çəlləkləri, quru balıqdan quzu sür-sümüyünədək müxtəlif qida tullantıları, ürəkbulandıran üfunət... İçkili adamların səs-küyü, söyüş və bağırtıları... Ümumtəhsil məktəbinin, az qala, giriş qapısına  doğru “sürünən”x9d bu mənzərə uşaqlarda hansı təəssürat yarada bilər?.. Hansı normal valideyn azyaşlı övladının hər gün bu mənzərənin tamaşaçısı olmasına razılaşar? Tutaq ki, valideynin heç nəyə gücü çatmır, bəs yerli özünüidarə və icra hakimiyyəti orqanları niyə bu vəziyyətə göz yummalıdırlar?

Düz dörd il bundan əvvələdək Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 saylı tam orta məktəb, bax, belə arzulanmaz mənzərənin “mühasirə”x9dsində idi. Ta müvafiq Dövlət Proqamına uyğun olaraq bu ərazidə tikinti-abadlıq işləri başlanana qədər...

Məktəbin beş addımlığında yerləşən obyektlərdən birinin sahibi indi Azərbaycanda öz qalmaqalları ilə ad çıxarmış, dəfələrlə hüquqazidd əməllər törtəmiş və bu əməllərinə görə hətta qazamatda yatmış hüquqşünas (!) Ramiz Zeynalov olub. Bu adamın adı gələndə, heç şübhəsiz, hərənin yadına bir əhvalat düşə bilər və bu əhvalatlar o qədər çoxdur ki, sadalamaqla arif oxucunun vaxtını alıb, yaddaşını yorarıq...

Biz yalnız bir epizod üzərində dayanacağıq.

Bu adam dörd ildir ki, hansısa şübhəli əlaqələri sayəsində orta məktəblə qabaq-qənşər tikdirib istifadə etməyə nail olduğu kafenin davasını çəkir. Məhkəmə instansiyalarını dolaşan və hələ də bir yana çıxmayan bu davanın məqsədi, necə olur-olsun, pul qoparmaqdır. Özü də az yox ”“ milyon yaxın bir məbləğdə. Bu tələbi irəli sürmək üçün əlində sənədi var: vaxtilə həmin o kafeni özəllləşdirməyə, öz mülkiyyəti kimi sənədləşdirməyə nail olub. Təsəvvür edirsiniz, divarının bir hissəsi məktəbin həyətinə soxulmuş kafe! Bir xeyli müddətdə buranı işlədib, xeyir də götürüb. Ancaq qəsəbədə abadlıq işləri başlananda, yollar, küçələr təmir edilib növbə məktəbə çatanda ətrafdakı bütün ticarət-iaşə obyektləri kimi, Ramiz Zeynalovun “obyekt”x9di də, necə deyərlər, plana düşüb. Nəhayət ki, Xəzər rayonunun rəhbərliyi  orta məktəbin həyətinə “girmiş”x9d kafeni də ləğv etmək qərarına gəlib. Bu zaman digər obyektlərin sahibləri kimi bu biznesmen-vəkilə də kompensasiya, yaxınlıqda tikilən ticarət mərkəzində yer təklif edilib. Amma “mülkiyyət hüququnu”x9d əsas gətirərək, öz obyektinin qiymətini qaldırıb qoyub ceyran belinə və oradan da düşürmür ki, düşürmür. Məhkəməyə verdiyi təşkilatlarla qanunun dilindən daha çox, şantaj və qarayaxma vasitələri ilə “danışmağı”x9d üstün tutur.  Hərəyə bir şər atır: yüksək vəzifəli məmurların adlarını hallandırmaqla hüquq-mühafizə orqanlarına, məhkəmələrə təzyiq göstərməyə çalışır... 

Ömrü boyu qanunla ixtilafda olan və qanunlarda tapdığı boşluqlardan “içəri soxulub”x9d əlinə qənimətlər keçirən bu iddialı vəkil təhsil ocağının qarşısında tikdirdiyi kafenin gənc nəslin tərlim-tərbiyəsinə necə mənfi təsir göstərdiyini heç vecinə də almayıb. İmkan verən olsa, məktəbin özünü restotrana çevirmək keçərdi ürəyindən... Belə adamlar üçün mənəvi dəyərlərin heç bir qiyməti yoxdur: qiyməti olan mal-mülkdür ki, onu da heç kim özü ilə gora apara bilmir...

Amma bir həqiqət var axı: sən dünyadan köçüb gedirsən, yerinə yeni nəsil gəlir və bu nəsli uşaqlıqdan pis vərdişlərə alışdırmağa, onlara pis nümunə göstərməyə haqqın yoxdur. 

Ümumtəhsil məktəblərinin yanında kafe və restoran açmağın pedaqogika ilə daban-daban zidd olduğunu vaxtilə təhsil eksperti Şahlar Əsgərov şərh edərək deyib: “...Belə idbar halları inkar edən ümumpedaqoji tələblər var və bu tələblər təhsilin elmi əsaslarında göstərilir. Pedaqoji tələblər ümumtəhsil məktəbinin və ya təhsil ocağının yanında kafe və restoranların, şadlıq evlərinin, pivəxanaların və bu kimi digər iaşə obyektlərinin olmasını məqbul hesab etmir. Daha doğrusu, bunu qadağan edir. Gənc nəslin belə obyektlərin qonşuluğunda, bir addımlığında istənilən səviyyədə tərbiyələnməsi, formalaşması mümkün deyil. Bu, heç qəbul da edilə bilməz. Belə obyektlərin təhsil ocaqlarının yanında olmamasına bələdiyyələr və icra hakimiyyətləri nəzarət etməli, bu cür biabırçı hallara yol verməməlidir. Əgər məktəblərin yanında bu tipli obyektlər varsa, bələdiyyələr və icra hakimiyyətləri bunun qarşısını dərhal almalıdır”x9d.

Buzovna sakinləri də elə bu fikirdədirlər və övladlarını zərərli vərdişlərə meyilləndirən obyektlərin sökülməsindən, məktəbin yenidən qurulmasından, abadlaşdırılmasından, həyətinin genişləndirilməsindən isə çox razı qalıblar. 

Vaxtilə “Roma hüququ”x9dnu oxumuş vəkil Ramiz Zeynalov, yəqin ki, bu yazını  da oxuyacaq. Və nəhayət, düşünəcək ki, sökülmüş kafeyə bu qədər “yas saxlamağa”x9d haqqı varmı? “Ömrün səhifələr”x9dini daha xeyirxah işlərlə bəzəmək yaxşı olmazmı? (koordinat.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin