Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın 8 xəstəxanasında qiymətləndirmə aparıb.
Bu barədə Bizim.Media-ya qurumdan məlumat verilib.
Bildirilib ki, ÜST ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə ölkədə təcili tibbi yardım stansiyalarının gücləndirilməsinin dəstəklənməsi istiqamətində tədbirlər planı həyata keçirib.
Bu tədbirlərin tərkib hissəsi kimi fevralın 22-dən martın 18-dək təcili yardım şöbələrinin potensialının strateji qiymətləndirilməsi aparılıb.
ÜST-nin ekspert missiyasının yerli səhiyyə qurumlarının təmsilçiləri ilə birgə Bakı şəhəri və Şamaxı rayonundakı seçilmiş 8 dövlət tibb müəssisəsində apardığı qiymətləndirmədə ÜST tərəfindən hazırlanan Xəstəxananın Təcili Yardım Şöbəsinin Qiymətləndirilməsi Alətindən istifadə olunub.
Qeyd edək ki, qiymətləndirmə aləti fevralın 23-də missiyanın və yerli səhiyyə qurumlarının iştirakı ilə keçirilən görüşdə təqdim edilib və onun tətbiqi barədə razılıq əldə olunub. ÜST-nin bu alətdən istifadədə məqsədi təcili tibbi yardım xidmətini müəssisə daxilində qurmaq, əsas boşluqları və təkmilləşdirilməli olan sahələri müəyyən etmək və xəstəxanalar üçün fərdi təkmilləşdirmə planı hazırlamaqdır.
Bunun nəticəsində tibb müəssisələrinə xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün təcili müdaxilələr üzrə tövsiyələr və təcili tibbi yardım üzrə milli keyfiyyət standartlarının yenilənməsi üçün məsləhətlər veriləcək.
Ümumilikdə 4 sahəni (xəstəxananın xüsusiyyətləri, insan resursları, klinik xidmətlər, siqnal funksiyaları) əhatə edən qiymətləndirmə prosesi 3 mərhələdə həyata keçirilir.
Artıq başa çatmış hazırlıq və icra mərhələlərində missiya tərəfindən xəstəxanaların rəhbərləri proses haqqında məlumatlandırılıb, təcili və təxirəsalınmaz tibbi yardım, radiologiya və reanimasiya şöbələri, həmçinin laboratoriya, palatalar və əməliyyat otaqlarına baxış keçirilib. Sonuncu mərhələ olan hesabatın hazırlanması isə bu ilin aprel ayında başa çatacaq və yekun sənəd yerli səhiyyə qurumlarına təqdim olunacaq.
Qiymətləndirmə missiyası USAID-in dəstəyi ilə ÜST tərəfindən Azərbaycanın Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:45 / 24.03.2023
ÜST Azərbaycanın 8 xəstəxanasında qiymətləndirmə APARIB
Hazırda oxunan: ÜST Azərbaycanın 8 xəstəxanasında qiymətləndirmə APARIB
Hazırda oxunan: ÜST Azərbaycanın 8 xəstəxanasında qiymətləndirmə APARIB
127010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.