"Oqtay müəllimin dünyasını dəyişməsinə hamımız çox sarsılmışıq".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə ötən axşam ağır yol-nəqliyyat hadisəsində dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimində deyib.
MÖVZU İLƏ BAĞLI:
Aktyor Vüsal: "Bacım Dilarənin vəziyyəti pisdir" - ÖZƏL
Sənətçi O.Əliyevin vaxtsız vəfatından sarsıldığını söyləyib:
"Gözlənilməz bir hadisədir. Dünəndən hamımız bir-birimizlə danışıb, zəngləşirik, şok vəziyyətindəyik ki, bu hadisə necə baş verib. Dilarə xanıma Allahdan səbr diləyirəm. Çox ağır dərddir. Oqtay müəllim çox gözəl insan idi. Allah rəhmət eləsin!"
Rəşad Əliyev, Bizim.Media