Mehriban Zəki və Dilarə Əliyeva Sumqayıtdan Bakıya təxliyyə edildi

Hazırda oxunan: Mehriban Zəki və Dilarə Əliyeva Sumqayıtdan Bakıya təxliyyə edildi

126825

Mehriban Zəki və Dilarə Əliyeva Bakıda özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.

Belə ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyevaya müvafiq müayinələr təyin olunub, zəruri tibbi xidmətlər göstərilib. 
Onların vəziyyətləri qiymətləndirildikdən sonra özlərinin və ailələrinin yazılı iltizamnaməsi əsasında reanimobil təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinin müşayiəti ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin